İngiltərə millisinin sabiq baş məşqçisi Sem Ellardays Türkiyə yığmasında çalışmaq təklifini geri çevirib.
Bu barədə təcrübəli mütəxəssis Britaniya mətbuatına açıqlamasında məlumat verib. 62 yaşlı çalışdırıcının sözlərinə görə, Türkiyə Futbol Federasiyanın rəhbərliyi ona bu yay təklif göndərib. Lakin Ellardays bu təklifi qəbul etməyib.
Ellerdaysın son iş yeri ötən mövsüm İngiltərənin “Kristal Pelas” klubu olub.
