Hazırda Dubayda təlim-məşq toplanışında olan Milli komandamızın müdafiəçisi Elhad Nəziri hazırlıq prosesi ilə bağlı fikirlərini AFFA-nın rəsmi saytına danışıb.
Korner.az-ın məlumatına görə, Nəziri toplanışa dəvət olunan gənc futbolçuların böyük həvəslə çalışdığını bildirib:
“Bu təlim-məşq toplanışına bir neçə gənc oyunçu dəvət olunub. Dubay toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına daha yaxşı hazırlaşmaqdır. İnşallah bu hazırlıqdan maksimum yararlanarıq. Biz gənc oyunçular da əlimizdən gəldiyi qədər özümüzü göstərməyə çalışırıq”.