“İnşallah, bu pis günlərin hamısı geridə qalacaq”.
Korner.az-ın məlumatına görə, bu sözləri Rumıniyanın “Petrolul” klubundan Azərbaycana üz tutan, lakin burada uğursuzluğa düçar olan futbolçumuz Elhad Nəziri deyib.
Futbolçu “Facebook”da paylaşdığı statusda bunları da dilə gətirib: “Həyatımın ən böyük səhvini Azərbaycana qayıtmaqla etdim. Hər bir futbolçunun, insanın həyatında belə pis günlər yaşanır. Amma mən məni istəməyənləri sevindirməyəcəm”.
