“Elfsborq” – “Qarabağ” matçının hakimləri açıqlandı
10.12.2024 , 13:53
UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Elfsborq” (İsveç) – “Qarabağ” matçının hakimləri məlum olub.
Korner.az xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər idarə edəcək.
Oyunun baş hakimi Antoniu Nobre olacaq. Ona yan xətdə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək.
FİFA referisi Nobrenin 38 yaşı var. O, bu mövsüm bütün turnirlərdə 15 oyun idarə edib.
Dekabrın 12-də keçiriləcək “Elfsborq” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.