Elçin Səmədliyə ilk beynəlxalq təyinat
07.01.2020 , 17:49

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli beynəlxalq təyinat alıb.
Korner.az xəbər verir ki, futzal üzrə sabiq FİFA referisi AVRO-2022-nin ilkin seçmə mərhələsinin G qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda Latviya, Danimarka və Estoniya milli komandaları mübarizə aparacaq. Oyunlar yanvarın 30-dan fevralın 1-dək Latviyada keçiriləcək.
Bu, Səmədlinin hakim-inspektor kimi ilk beynəlxalq təyinatıdır.
