big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Elçin Məmmədov: Klub nümayəndələri bizi günahkar çıxaranda çıxıb cavab verə bilmirik – LAYİHƏ

23.11.2016 , 10:47

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovun korner.az-a müsahibəsinin üçüncü hissəsi.

– İndi klubların stadionlarının ot örtüyündən məsul olan şəxslərinin hamısı sizin seminarda iştirak ediblər?
– Seminar 2-3 il əvvəl olmuşdu. Doğrusu, bilmirəm, indi həmin adamların neçəsi klublarda işləyir. “İxtisaslı kadr olmalıdır” tələbini qoymaq da çətindir. Çünki Azərbaycanda elə bir təhsil ocağı yoxdur ki, ora yönləndirəsən.

– Elçin bəy, bəzən lisenziya ala bilməyən klub rəsmilərinin, xüsusilə aşağı dəstə təmsilçilərinin nümayəndələrinin mətbuatda AFFA-nın, konkret olaraq sizin rəhbərlik etdiyiniz Lisenziyalaşdırma qrupunun ünvanına sərt ittihamlar səsləndirdiyini görürük. Doğrudur, ittihamları növbəti mərhələyə keçmir, ancaq belə məqamlarda cavab vermək hüququnuzdan niyə istifadə etmirsiniz? 
– Hər ilin sonunda qiymətləndirmə apardıqda elə görüntü yaradılır ki, sanki klublar öz öhdələrinə düşən bütün məsələləri həll edirlər, ancaq guya biz onlara lisenziya vermirik. Halbuki biz bütün klublara münasibətdə tam neytral mövqedəyik. Əgər hansısa kluba lisenziya verilməyibsə, biz ona yazılı məktub və rəsmi qərar göndərmişik, səbəbləri göstərmişik ki, bax, filan şeylərə görə sizə lisenziya verilə bilməz. Ancaq bəzi klub nümayəndələri mətbuatda açıqlama verirlər ki, bizim bütün sənədlərimiz qaydasında idi, lakin AFFA bizim Premyer Liqada oynamağımızı istəmir. Bu da bizə bir balaca çətinlik yaradır. Çünki biz hər mövsümün əvvəlində məxfiliklə bağlı razılaşma imzalayırıq. Yəni biz öhdəlik götürürük ki, klub barədə məlumatları kənara çıxarmayacağıq. Həmin klub nümayəndələri bizi günahkar çıxaranda çıxıb cavab verə bilmirik. Halbuki klub danışır və AFFA-nın Lisenziyalaşdırma qrupunun imicinə zərər vurur. Biz bu məsələ ilə bağlı UEFA ilə də danışdıq. Onlar da cavab verdilər ki, əgər hər hansı klub qəsdən ictimaiyyətə səhv məlumatlar verirsə, sizin cavab hüququnuz var. Əgər hər hansı klub mətbuata yalan informasiya verib sizin imicinizi zədələsə, lisenziya verilməməsinin əsl səbəblərini rəsmi şəkildə açıqlaya bilərsiniz. Biz də bundan sonra məxfiliklə bağlı razılaşmaya belə bir bənd əlavə etdik ki, əgər lisenziya əldə edə bilməyən hər hansı klubun rəsmisi bununla bağlı həqiqəti əks etdirməyən açıqlama verərsə və bunun nəticəsində AFFA-nın nüfuzuna zərbə vurarsa, AFFA bununla bağlı məlumatları açıqlamaq hüququnu özündə saxlayır. Doğrudur, hazırladığımız hesabatda ictimaiyyətə məlumatlar verilir. Ancaq biz çalışırıq ki, o məlumatlar ya ümumi olsun ki, cəmiyyətin ümumi mənzərədən məlumatı olsun, ya da elə məlumatları veririk ki, məxfi hesab edilə bilməz. Məsələn, hamı bilir ki, “Qarabağ” hansı stadionda oynayır, yaxud hansı uşaq komandasının məşqçisi kimdir, ixtisası nədir və s. Maliyyə ilə bağlı məsələlərdə çalışırıq ki, klubların adı çəkilməsin. Əslində, biz iki hesabat hazırlayırıq. Birində informasiyalar qismən məhdudlaşdırılmış olur və ictimaiyyət üçün açıqlanır, digərində isə maliyyə ilə bağlı daha ətraflı məlumatlar yer alır və AFFA-nın baş katibi Elxan Məmmədova təqdim olunur. Bu sənəd çox vacibdir, çünki həmin məlumatların təhlili Azərbaycan klub futbolunun mövcud vəziyyətini göstərir və müvafiq qərarların qəbul olunmasında köməklik edir. Yəni məxfilik razılaşmasına tam riayət edirik. 

– O klublar ki “bizim sənədlərimiz qaydasında idi, AFFA bizim Premyer Liqada oynamağımızı istəmir” – deyirlər, bircə dəfə də olsun, Appelyasiya Komitəsinə müraciət ediblərmi?
– Xeyr. Və bu, bir daha göstərir ki, iradları haqsızdır və cəmiyyətə yalan informasiya verirlər. 

– Bu, məni qətiyyən təəccübləndirmədi. Çünki bu “adət” klublarımızda illər əvvəldən var. Məsələn, futbolçusu sarı, qırmızı vərəqə alan klubun rəsmisi açıqlama verirdi ki, hakim haqsızlıq etdi bizə qarşı, vərəqələri yanlış göstərdi. Ondan soruşanda ki, bu barədə oyunun protokolunda qeyd yazdınızmı, yaxud rəsmi şəkildə etiraz edəcəksinizmi, deyirdilər, yox, onsuz da xeyri yoxdur. İndi belə şeylər yoxdur, deyəsən, ancaq başqa bir formada “adətlərini” davam etdirirlər, demək ki…
Elçin bəy, lisenziyalaşdırma meyarları içərisində klub əməkdaşlarına verilən əmək haqqı məsələsi də var. Sirr deyil ki, Azərbaycanda klublar futbolçularla iki müqavilə bağlayırlar. Birində – PFL-ə göndərilən müqavilədə maaş dəfələrlə az, məsələn, 300-500 manat göstərilir ki, daha az vergi və sosial ayırmalara ödənişlər edilsin, digərində – futbolçuya veriləndə isə real məbləğlər göstərilir. Və sabah legioner futbolçu Azərbaycandan gedəndə FIFA-ya əlindəki müavilə ilə şikayət edir və nəticədə məlum olur ki, klubun külli miqdarda borcu var həmin oyunçuya. Ortada acı “Bakı” nümunəsi var. Lisenziyalaşdırma prosesi bu kimi mənfi halların qarşısını ala biləcəkmi, sizcə?
– Əslində, “Bakı”nın və digər klubların əsas problemi ikili müqavilə deyildi. Sadəcə olaraq, bir vaxtlar maliyyə vəziyyətləri yaxşı idi və onlar müvafiq olaraq yüksək əmək haqqıları olan futbolçularla müqavilə imzalayıb, öz üzərinə öhdəlik götürmüşdülər. Sonradan maddi problemlər yaşadıqda ötən dövrdən qalan öhdəliklərini yerinə yetirə bilmədilər. Digər tərəfdən, artıq sənədləri UEFA da ətraflı təhlil edir və onlar da bilirlər ki, misal üçün, heç bir braziliyalı futbolçu Azərbaycanda 300 manata oynamaz. 

– Bu yaxınlarda komanda.az saytında çalışan həmkarlarımız araşdırma aparmışdılar və məlum olmuşdu ki, bizim Birinci divizion klublarımız İrandan transfer etdikləri futbolçuların maaşını 150 manat göstəriblər. Təsəvvür edin, hansı futbolçu ailəsini İranda qoyub, 150 manata görə Azərbaycana gələr? Real deyil axı bu…
– Ötən mövsümdə Premyer Liqada iştirak etmək üçün müraciət etmiş Birinci divizion klublarımızın hamısına rədd cavabı verilib. Lisenziya üçün müraciət etməmiş və hətta bəzi müraciət etmiş, lakin sənədləri tam təqdim etməmiş klubların maliyyə sənədlərinə malik olmadığımız üçün bu barədə Lisenziyalaşdırma qrupunun əlində məlumatı yoxdur. Cari mövsüm ərzində müraciət edən klublar maliyyə sənədlərini bizə təqdim eədəcəyi halda, biz mövsümün sonunda nəsə deyə bilərik. AFFA-nın baş katibi Elxan Məmmədov dəfələrlə açıqlama verib ki, UEFA lisenziyası üçün müraciət edən klublar bütün tələb olunan sənədləri lazımi qaydada təqdim edirlər. Yəni bizdə təhlil üçün material var və vəziyyət yaxşılığa doğru dəyişməkdədir. Manat nisbətində götürsək, 2015-ci ildə klubların ümumi gəlirləri əvvəlki ilə nisbətən 3% azalmışdı. Ancaq biz UEFA-ya göndərdiyimiz sənədlərdə məbləğləri avro ilə göstərdiyimizdən, devalvasiya səbəbindən azalma 50 faizə yaxın yüksəlmişdi. Bu isə UEFA üçün siqnal idi və maraqlanmışdılar ki, gəlirlərin bu qədər azalmasına səbəb nədir? Digər tərəfdən, iki klubumuzun Avroliqanın qrup mərhələsinə yüksəlməsi UEFA-dan daxilolmaları 7 faizdən 20 faizə artırmışdı. Ancaq sponsorlardan daxilolmalar azalmışdı. 2013-2014-cü illərdə sponsorlar klubların ümumi gəlirlərinin 91 faizini təmin etmişdisə, 2015-ci ildə 77 faiz idi.

– 14 faizlik geriləmə çox ciddi siqnaldır…
– Əslində isə 14 faizdən də çoxdur. Ancaq UEFA-dan daxilolmaların artması, üstəlik avro ilə olması səbəbi ilə azalma 14 faiz görünür. 
Maliyyə ciddi məsələdir. Lisenziyalaşdırma qrupu bu yöndə problemləri azaltmaq üçün bir sıra addımlar atır. Məsələn, Premyer Liqa lisenziyası üçün müraciət edən Birinci divizion təmsilçilərinin sənədlərin təhlilini apararkən məlum oldu ki, regionlarda ixtisaslı məşqçi qıtlığı var. Bunu nəzərə alaraq Birinci diviziondan Premyer Liqaya çıxmaq istəyən klublar üçün meyarları azaltmışıq. Bundan sonra Premyer Liqaya çıxmaq istəyən aşağı dəstə təmsilçisinin uşaq komandalarının bir məşqçisi “B”, digərləri isə “C” kateqoriyalı lisenziyaya, yaxud Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol fakültəsinin diplomuna sahib olmalıdır. Bundan başqa, Premyer Liqa lisenziyası üçün müraciət edən Birinci divizion klublarından tələb olunan uşaq komandalarının sayını da 7-dən 4-ə azaltmışıq. Biz nəzərə aldıq ki, aşağı dəstə klubunun büdcəsi elitaya yüksələndən sonra artır. Buna görə də, onlara imkan yaratdıq ki, 4 komandaları olsun. Onlar da öhdəlik götürürlər ki, Premyer Liqaya çıxdıqdan sonra bu sayı standarta uyğunlaşdıracaqlar. Daha bir əlavəmiz o oldu ki, AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ilə əməkdaşlıq qurulsun. İdman meyarlarında belə bir tələb var ki, klubların “Gənclər futbolunun inkişaf proqramı” olmalıdır və UEFA son zamanlar bu proqramın federasiyalar tərəfindən ciddi nəzarət olunmasını tələb edir. Lisenziyalaşdırma qrupunda isə məşqçi ixtisasına sahib olan mütəxəssis yoxdur ki, gedib klubların uşaq akademiyalarında sırf məşq prosesinin keyfiyyətini qiymətləndirsin. Məşqçilər Komitəsi ilə bu məsələni müzakirə etdik və onlar da çox yaxşı qarşıladılar təşəbbüsümüzü. Təklifi rəhbərliyə birlikdə təqdim etdik və AFFA İcraiyyə Komitəsi tərəfindən qəbul olundu. Artıq proses başlayıb və Məşqçilər Komitəsinin üzvləri vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə, Qəbələyə səfərlər ediblər. Sonda ümumi rəy rəy yazacaqlar ki, filan klubun “Gənclər futbolunun inkişaf proqramı”nı təsdiqləmək olar, ya yox.


Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Son yazılar

To Top