big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Elçin Məmmədov: Elə adamlarla işləməyə məcbur olmuşuq ki, futboldan, ümumiyyətlə, məlumatı olmayıb – LAYİHƏ

08.11.2016 , 08:00

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovun korner.az-a müsahibəsi.

– Əvvəlcə özünütəqdimatla başlayaq. Nə vaxtdan Lizsenziyalaşdırma qrupuna rəhbərlik edirsiz? Qrup əməkdaşlarının elmi savadı, peşəkarlığı nə dərəcədə imkan verir Azərbaycan futbolunda lisenziyalaşdırma işini aparmağa?
– 2007-ci ildən Lisenziyalaşdırma qrupunda mütəxəssis kimi çalışmışam. 2013-cü ildən isə qrupa rəhbərlik edirəm. 8 əməkdaş var və onlar qrupun rəhbəri, rəhbər müavini və meyarlar üzrə ekspertlərdirlər. Bilirsiz ki, lisenziyalaşdırma işi beş meyar əsasında qurulub: idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə. Mütəxəssislərimizin işi lisenziyalaşdırma üçün lazım olan sənədlərin toplanılmasında klublarımıza yardım etməkdir. Qrupun əsas məqsədi də elə budur: klublara lisenziyalaşdırma prosesində inzibati dəstək vermək. Lisenziyalaşdırma qrupu qərar qəbul edən orqan deyil. Qərarları Lisenziya Komissiyası və Apellyasiya Komitəsi verir. Hər iki qrumda müstəqil insanlar fəaliyyət göstərirlər və heç biri AFFA-da çalışmırlar. Biz il boyu klublarla sıx əlaqədə oluruq, onlara sənədlərində nə kimi problemlər olduğunu deyirik, tövsiyələrimizi veririk, treninqlər keçiririk, ehtiyac olduqda gedib vəziyyətlə yerində tanış oluruq – xüsusən idman və infrastruktur meyarları üçün yerində müşahidə mühümdür – və sonra rəyimizi yazıb Lisenziya Komissiyasına göndəririk. Hansı kluba lisenziya verilib-verilməyəcəyi isə həmin Komissiyanın qərarından asılıdır.

 

 

– Azərbaycanda klubların lisenziyalaşdırılması prosesi nə vaxtdan başlayıb?

– Azərbaycanda da bu işə, bütün Avropada olduğu kimi, 2004-cü ildən başlanılıb. Əslində isə lisenziyalaşdırmanın tarixi 1999-cu ildən başlayır. Avropanın nəhəng klubları UEFA-ya müraciət etmişdilər ki, biz avrokuboklarda kiçik klublarla qarşılaşmalarda əziyyət çəkirik. Məsələn, “Real” (Madrid) özündən maddi cəhətdən çox-çox aşağı olan komandalarla səfər oyununa gedəndə stadionun ot örtüyündən şikayətlənirdilər ki, bizim futbolçular bahalıdırlar, belə qazonlarda zədələnirlər, bizə ziyan dəyir, yaxud deyirdilər ki, oyundan sonra futbolçuların yuyunması üçün isti su tapılmır və s. Buna görə də, UEFA-ya belə bir təşəbbüslə gəldilər ki, bütün klublar qarşısında tələblər qoyun, heç olmasa, orta səviyyəli tələblərə cavab verən şərait yaratsınlar. 1999-cu ildən bu müzakirələrə start verildi və 2001-ci ildə UEFA 8 ölkədə- həm nəhənglər, həm də zəiflərdən ibarət klublarda – bunu pilot layihə kimi həyata keçirməyə başladı. Sınaqdan keçirdilər və gördülər ki, uğurlu alınır və 2003-cü ildə UEFA-ya üzv olan bütün ölkələrin klubları qarşısında zəruri tələb kimi qoyuldu. Klublar ilk dəfə 2004-2005-ci illər mövsümündən avrokuboklarda lisenziya ilə çıxış etməyə başladılar. “Liverpul” Çempionlar Liqasının qalibi olan ilk lisenziyalı klub kimi tarixə düşüb. Azərbaycan Premyer Liqasında lisenziyalaşdırma işini 2008-ci ildən tətbiq etməyə başlamışıq. UEFA-nın tövsiyəsi odur ki, bu proses təkcə avrokubok oyunları üçün deyil, həm də ölkədaxili yarışlar üçün tətbiq olunsun. Lisenziyalaşdırma ölkədən-ölkəyə dəyişir. Məsələn, Türkiyədə hətta üçüncü divizion klubları da lisenziya almalıdırlar. Bizdə yalnız Premyer Liqa klubları üçün belə bir tələb qoyulub. İngiltərədə isə ölkədaxili yarışlar üçün lisenziyalaşdırma aparılmır. Çünki Avropada bu sistemin əsası qoyulmazdan əvvəl İngiltərədə daha üst səviyyəli sistem var idi. 200 səhifəlik tələblərdir və istər Premyer Liqa, istərsə də aşağı dəstə klubları üçün keçərlidir.

– Dediz ki, Azərbaycan Premyer Liqasında iştirak edən, iştirak etmək istəyən klublar üçün lisenziyalaşdırma işinə 2007-2008-ci illər mövsümündən başlamısız. İstəyirəm ki, həmin mövsümə qayıdaq. Klublarımız bu prosesi nə dərəcədə qavraya, qəbul edə bildilər?

– Ümumiyyətlə, Avropa təcrübəsinə də baxsaq, UEFA bunu tətbiq etməyə başlayanda kiçik klublar heç də yaxşı qarşılamadılar bu qərarı. Deyirdilər ki, bizi sıxırsınız, qoyduğunuz tələblərə cavab verəcək qədər varlı deyilik və s. Bizdə də ilk mövsüm xeyli çətinliklər yaşandı, hətta bir neçə kluba lisenziya şərti olaraq verildi. Məsələn, “Standard” klubu meyarlara tam cavab verə bilmirdi, amma ilk il olduğu üçün Lisenziya Komissiyası onların da müraciətinə müsbət cavab verdi. Ancaq artıq Premyer Liqa klublarımız lisenziyalaşdırmanın nə olduğunu, bu işin nə üçün aparıldığını anlamağa başlayıblar. Birinci divizion təmsilçilərimiz haqda isə eyni sözləri demək mümkün deyil. Bugünlərdə klubların lisenziyalaşdırma menecerləri üçün keçirdiyimiz kursa onların nümayəndələrini də dəvət etmişdik. Əksəriyyəti bu işdə yeni idilər, bəziləri lisenziyalaşdırmanın nə olduğunu, ümumiyyətlə, bilmirdilər. Məncə, bu kurs onlar üçün çox faydalı olacaq. 

 

 

– Son illər Premyer Liqa klublarımızın məhz lisenziyalaşdırma sayəsində infrastrukturunda müəyyən irəliləyiş hiss olunur. Birinci diviziondakı komandalarda isə bu cəhətdən vəziyyət bərbaddır. Necə düşünürsüz, artıq aşağı dəstədə də bu işi başlatmağın zamanı gəlməyibmi?
– Bunu etmək olar. Ancaq əvvəlcə gərək İkinci divizion olsun ki, oradan Birinci diviziona yüksələn klublar qarşısında lisenziya tələbi qoyulsun. Premyer Liqa ilə Birinci divizion arasında fərq çox böyükdür, ancaq ola bilər ki, yaxın gələcəkdə aşağı dəstə üçün də tətbiq edilsin. Təbii ki, qərarı AFFA rəhbərliyi verəcək.

– Bu il Birinci diviziondan 7 klub lisenziya üçün AFFA-ya müraciət etmişdi və sonda hamısına rədd cavabı verildi. Əsasən hansı meyarda “ilişmişdilər” həmin klublar?
– Əsas iki səbəb var idi. Birincisi, maliyyə ilə bağlıdı. Məsələn, “Bakı” müraciət etmişdi. Ötən mövsüm dəfələrlə bu komandanın aktivindən xallar silindi. Lisenziyalaşdırmanın maliyyə meyarlarından biri də klubun öz əməkdaşlarına vaxtı ötmüş borclarının olmamasıdır. Əslində, “Bakı” digər meyarlar üzrə tələblərə cavab verirdi, misal üçün, bu klubun uşaq futbol komandaları var idi, stadionu var idi, ixtisaslı məşqçiləri var idi və s. Ancaq maliyyə meyarının tələbini ödəyə bilmədiklərinə görə lisenziyadan məhrum oldular. Yaxud götürək, “Neftçala”nı. 2014-2015-ci illər mövsümündə lisenziya almaq üçün ərizə ilə müraciət etsələr də, aktivlik göstərmədilər. Hətta bir neçə dəfə onlarla əlaqə saxladıq ki, bəs axı siz ərizə ilə müraciət etmisiz, bunun davamı olmalıdır, ərizə göndərməklə bitmir bu iş. Yenə də bir iş görülmədi və sonda imtina cavabı aldılar. Qərar çıxandan sonra klubun rəhbərliyi AFFA-ya gəlmişdi. Soruşdular ki, necə ola bilər, 9-cu yeri tutan kluba, yəni “Kəpəz”ə lisenziya vermisiniz, bizə isə yox? Onlara “Kəpəz”in təqdim etdiyi sənədləri topladığımız qovluğu göstərdim və dedim ki, çünki onlar lazım olan bütün sənədləri bizə təqdim ediblər. Bu sözdən sonra əlimizi sıxdılar və səhvlərini etiraf edib getdilər. Mən düşünürdüm ki, bu hadisədən nəticə çıxarıb növbəti mövsüm lisenziyalaşdırma tələblərini tam yerinə yetirəcəklər. 2015-2016-cı illər mövsümündə müəyyən meyarlar üzrə sənədləri gətirdilər, ancaq təəssüf ki, yenə tam həll edə bilmədilər sənədləşmə işini və imtina cavabı aldılar. 


– Laqeydlik, biganəlik…
– Bəli. Dediyim kimi, əsas səbəblərdən biri maliyyə meyarıdır ki, bu məsələdə Lisenziyalaşdırma qrupunun heç bir təsir aləti yoxdur. Bilirsiniz ki, AFFA rəhbərliyinin müəyyənləşdirdiyi yeni “Grow 2020” strategiyasında stabil klublar təşkil etmək prioritetlərdəndir.

Digər səbəb klublarda çalışan lisenziyalaşdırma üzrə menecerlərin ya kifayət qədər ixtisaslı olmaması, ya da laqeydliyidir. Biz bu məsələnin həlli üçün qərara gəldik ki, lisenziyalaşdırma üzrə menecerlər də klub baş məşqçiləri kimi ixtisasa malik olmalıdırlar. Bugünlərdə keçirdiyimiz kurs da məhz bundan qaynaqlanırdı. Düzdür, biz iştirakçılar arasında yazılı imtahan keçirdik, ancaq bu, bir növ, sınaq tipli idi və onlara sertifikat verilmədi. Əvəzində, kursun dinləyicisi olduqlarına dair arayış verdik. Gələn mövsümdən isə hər bir lisenziyalaşdırma meneceri imtahandan keçməlidir ki, klubda işləyə bilsin. Hansı klubun nümayəndəsi imtahandan keçə bilməyəcəksə, həmin klub gedib sertifikatlı menecerlə müqavilə bağlayacaq. Eynən klub məşqçiləri kimi. Savadlı məşqçi olmasa, komanda irəli gedə bilərmi? Biz də istəyirik ki, lisenziyalaşdırma prosesində çalışacağımız şəxslər bu işin mahiyyətindən məlumatlı olsunlar. Elə adamlarla işləməyə məcbur olmuşuq ki, futboldan, ümumiyyətlə, məlumatı olmayıb. İndi gəl, ona lisenziyalaşdırma işini izah elə. Bu işlə məşğul olan şəxs futbolla maraqlanmalıdır, onu sevməlidir. 

– İllər əvvəl klublarda öz ixtisasına uyğun olmayan işlərdə çalışan adamlar var idi. Məsələn, həkimlərin heç də hamısı ali savadlı deyildilər. Vəziyyət indi necədir? Əmin ola bilərikmi ki, meydanda zədələnmiş futbolçuya tibbi yardıma gedən şəxs, həqiqətən, həkimdir?
– Bu məsələ də lisenziyalaşdırmanın meyarları sırasındadır. Özü də “A” dərəcəli meyardır. Yəni bu meyarı ödəməyən kluba lisenziya verilmir. Tələb odur ki, klubda çalışan həkim ya Azərbaycan Tibb Universitetinin məzunu olmalıdır, yaxud da Azərbaycan Respublikasının Təhsil Nazirliyinin diplomunu tanıdığı xarici ölkə universitetinin. Ancaq biz bunu bir qədər də təkmilləşdirmək istəyirik. Milli komandalarımızın baş həkimi Vyaçeslav Xomenkonun klublarımızda çalışan həmkarları üçün idman həkimliyi üzrə kursun keçirilməsi planlaşdırılır. Əgər belə bir kurs reallaşsa, hətta, ola bilər ki, gələcəkdə klublar qarşısında universitet diplomundan başqa, məhz həmin kurslarda iştirak etmiş həkimlərlə işləmək tələbi qoyulsun. 

– Lisenziyalaşdırma meyarları arasında media ilə bağlı məqamlar da var. Yəqin ki, siz də bilirsiz, bəzi stadionlarımızda mətbuat üçün yaradılan şərait heç də ürəkaçan deyil. Hətta, avrokubok oyunlarında media tribunasında internet üzünə həsrət qaldığımız vaxtlar olur. Jurnalistlər bir yana, bu, həm də UEFA qarşısında götürülmüş öhdəliyi yerinə yetirməməkdir. Axı siz avrokubok matçlarında iştirak üçün də lisenziyalaşdırma prosesindən keçirirsiz klublarımızı…
– Son mövsümdə “Sumqayıt” “Kapital Arena”dakı media tribunasını qaydaya saldı, “Zirə” şəraiti yaxşılaşdırdı. Ancaq, fikrimcə, xüsusilə vurğulanmalı olan əsas məqam ötən il “B” dərəcəli meyar olan bu işin artıq “A” dərəcəli meyara çevrilməsidir. Yəni ötən il klublar KİV ilə əlaqədar tələblərə etinasız yanaşsalar da, lisenziya ala bilirdilərsə, indi lisenziya almaları üçün bu tələbləri hökmən yerinə yetirməlidirlər. O ki qaldı internetlə bağlı qeyd etdiyiniz problemə, açığı, buna nəzarət etmək çox çətindir. Çünki Lisenziyalaşdırma qrupunun üzvləri hər oyunda stadionlara gedib bu kimi şeyləri yoxlaya bilməzlər. Yaxud, ola bilər ki, biz stadiona təftişə gedəndə internet olsun, biz oradan ayrıldıqdan sonra kəssinlər. Bu məsələ PFL-in əməkdaşları ilə müzakirə olunub və səhv etmirəmsə, artıq bu mövsümün Əsasnaməsinə stadionun internetlə təmin edilməsi şərti əlavə olunub. Premyer Liqa və ölkə kuboku oyunlarına AFFA nümayəndələri təyin edilirlər, məncə, stadionun vəziyyəti ilə maraqlanarkən internetin olub-olmadığını da Əsasnaməyə əsaslanaraq yoxlaya bilərlər.

(ardı var)

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Son yazılar

To Top