Elçin Məsiyev beynəlxalq oyuna təyinat aldı
16.05.2023 , 17:10
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Korner.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya – Fransa qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may-2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.