UEFA-nın Klubların lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin assistenti Elçin Məmmədov yeni təyinat alıb.
Korner.az-ın AFFA-nən rəsmi saytına istinadən verdiyi məlumatına görə, Məmmədov UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində avqustun 20-də, Astana şəhərində keçiriləcək “Şaxtyor” (Karaqandı, Qazaxıstan) – “Seltik” (Şotlandiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.
Qeyd edək ki, Elçin Məmmədov bu vəzifəyə qədər AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri işləyib.
