AFFA İntizam Komitəsi bu gün keçirdiyi iclasda Topaz Premyer Liqasının VIII turu çərçivəsində baş tutan "Kəpəz" – "Qarabağ" görüşü zamanı Rauf Əliyevə göstərilən sarı vərəqənin yanlış olduğunu qeyd edib.
Korner.az-ın məlumatına görə, sözügedən olay matçın 66-cı dəqiqəsində baş verib.
Ağdam klubunun üzvü Rauf Əliyev cərimə meydançasını daxilində yerdə qalsa da, Elçin Məmmədov Əliyevin simulyasiya etdiyini bildirərək, ona sarı vərəqə göstərib. "Qarabağ"ın rəsmi saytında isə epizodun videosu yer alıb.
