"Xəzər TV"-də efirə gedən "Futbol saatı" verilişinin bugünkü buraxılışında çox maraqlı qonaqlar yer alıb. Sənan Abdullayevin təqdimatında efirə gedən verilişə bu dəfə sabiq hakim Elçin Məmmədov və "Neftçi"nin mətbuat katibi Gündüz Abbaszadə qatılıb. "Sumqayıt"ın seleksiyaçı-məşqçisi Ceyhun Sultanovun da fikirlərini bölüşdüyü "Futbol Saatı"nda geniş fikir mübadiləsi gedib. Xüsusilə, Elçin Məmmədov həmişəki kimi alovlu çıxışları ilə yadda qalıb, "Neftçi" – "Qarabağ" matçındakı hakimlərin səhv qərarlar verdiyini dilə gətirən sabiq referinin dediklərini görmək və eşitməyə dəyər. Veriliş bugün saat 23:55-də "Xəzər TV"-də efirə gedəcək.
rekord.az
