AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Avropa Liqasının L qrupunda noyabrın 28-də, Astana şəhərində keçiriləcək “Şaxtyor” (Karaqandı, Qazaxıstan) – PAOK (Yunanıstan) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.
Korner.az-ın məlumatına görə, səfər çərçivəsində Elçin Məmmədov Qazaxıstan Futbol Federasiyasının lisenziyalaşdırma şöbəsinin əməkdaşları ilə görüşəcək və bu sahədə görülən işlərlə bağlı təcrübə mübadiləsi aparılacaq.
