"Elçin Məmmədovdan razı qalan var ki? Ümumiyyətlə, Elçin Məmmədovun "Böyük oyun"a təyin olunması özü sürpriz addım idi".
Bu sözləri Korner.az-a açıqlamasında “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.
"Ağ-qaralar"ın rəsmisi bununla bağlı klubun rəsmi saytında videomaterial yerləşdirəcəklərini də bildirib:
"Onun bundan öncəki "Xəzər Lənkəran" – "İnter" oyunundakı idarəçiliyini də gördünüz. Hiss olunurdu ki, Elçin Məmmədov psixoloji gərginlik altında idi və bəzi məqamlarda səhvə yol verirdi. Bu barədə klubumuzun rəsmi saytında epizodlarla bağlı videomaterial yuklənəcək".