Elcan Hacıyev mübarizəni dayandırdı
31.07.2024 , 14:50

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.
O, 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.
Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.
