“Maraqlandığımız futbolçular var. Mövsümün sonuna kimi heyətimizi gücləndirmək istəyirik. İnanıram ki, yeni mövsümdən azarkeşlər başqa bir “Xəzər Lənkəran” görəcəklər”.
Bu sözləri korner.az-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Cənub komandasının çalışdırıcısı heyətdən göndərilə biləcək futbolçularında olacağını istisna etməyib:
“Mövsümün sonunda hər şey bəlli olacaq. İndiki durumda tam qərar verilməyib. Futbolçularla söhbətdən sonra buna qərar verəcəyik”.
