“Xəzər Lənkəran”ın məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Qarabağ”la bərabərə qaldıqları matçı (1:1) şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, o, qarşılaşmanın maraqlı keçdiyini deyib:
“Hər iki komanda yaxşı futbol sərgilədi. Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. “Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdır”.
