Topaz Premyer Liqasının XXIII turu “Qəbələ” üçün uğurlu alınıb.
Korner.az-ın məlumatına görə, şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub edib.
Cənubluların baş məşqçisi Elbrus Məmmədov bunları deyib:
“Çox maraqlı oyun getdi. Hər iki komanda baxımlı oyun sərgilədi. Bolqullu oyun izlədik. Öz komandamdan razı qalsam da, səhvlərin mövcudluğunu da qeyd etməliyəm. Səhvlər üzərində işləməliyik”.
