Bildiyiniz kimi “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov PRO lisenziyasını almaq üçün Ukraynaya gedəcək.
Çalışdırıcı korner.az-a açıqlamasında Ukraynada bəyənəcəyi futbolçu olacağı təqdirdə onu komandaya dəvət edə biləcəyini də istisna etməyib:
“Mən ora futbolçu axtarmağa getmirəm. Ancaq bir neçə klubun düşərgəsində olacam. Hər hansı bir futbolçu diqqətimi çəksə onu komandaya dəvət edə bilərəm”.
