“Xəzər Lənkəran”ın baş məşqçisi Elburs Məmmədov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Bakı”ya 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.
Korner.az-ın PFL-in saytına istinadən verdiyi xəbərə görə, o, “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edib:
“İlk hissədə çox zəif oynadıq. İkinci hissədə nəsə etməyə çalışdıq. Amma vəziyyəti düzəldə bilmədik. Komandadan tam narazıyam”.
