Futbol

“El-Klassiko”nun vaxtı müəyyənləşdi

07.09.2018 , 18:26

İspaniya La Liqasında 2018/2019 mövsümünün ilk “El-Klassiko”sunun vaxtı məlum olub
Bu barədə La Liqanın prezidenti Xavyer Tebas yerli mətbuata məlumat verib.
La Liqanın 10-cu turunda “Barselona” doğma meydanda “Real”ı qəbul edəcək. Oktyabrın 28-də keçiriləcək matç Bakı vaxtı ilə  saat 19:15-də başlayacaq.
Qeyd edək ki, La Liqada 3 turdan sonra “Barselona” və “Real” hərəyə 9 xalla müvafiq olaraq 1-ci və 2-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı