“El-Klassiko”nun vaxtı açıqlandı
16.01.2020 , 15:19

Bu mövsümün ikinci “El-Klassiko”sunun vaxtı açıqlanıb.
Korner.az-ın məlumatına görə, “Santyaqo Bernabu” stadionunda keçiriləcək görüş martın 1-i yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.
Qeyd edək ki, bu mövsüm “Barselona” və “Real” arasında “Nou Kamp”da keçirilən ilk “El-Klassiko”da qolsuz bərabərlik qeydə alınmışdı.
