“El-Klassiko”nun vaxtı açıqlandı
14.01.2019 , 16:04

İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək “Real” – “Barselona” matçının vaxtı açıqlanıb.
Martın 2-də keçiriləcək mövsümün ikinci “El-Klassiko”su Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Görüş çempionatın 26-cı turuna təsadüf edəcək.
Qeyd edək ki, bu komandalar arasında birinci dövrədə “Nou Kamp” stadionunda keçirilən görüşdə “Barselona” 5:1 hesablı qələbə qazanmışdı.
