Dünən “Barselona” və “Real” arasında “Nou-Kamp”da keçirilən İspaniya çempionatının oyununu 99 min 264 azarkeş izləyib.
Korner.az-ın məlumatına görə, bu haqda Kataloniya klubunun rəsmi Twitter səhifəsi məlumat yayıb.
Beləliklə, bu göstərici ilə “El-Klassiko” bu mövsüm tamaşaçı sayına görə Avropada rekord vurub.
