İspaniya Primerosunun son turu çərçivəsində “Vilyareal”a qarşı keçirilmiş matçda (6:1) qırmızı vərəqə alan “Barselona”lı Dani Alveşin cəzası bəlli olub.
Korner.az-ın məlumatına görə, matçın baş hakimi protokolunda Alveşi rəqibini aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə meydandan qovduğunu yazıb.
Bu isə braziliyalı müdafiəçinin bir oyunluq cəzalandırılması ilə nəticələnib. Beləliklə, Alveş 27-ci tur çərçivəsində “Eybar”a qarşı keçiriləcək matçı buraxacaq, martın 22-də baş tutacaq “El-Klassiko”da – “Real”la görüşdə meydana çıxa biləcək.
