“El-Klasiko”nun yeri dəyişdirilə bilər
16.10.2019 , 19:05

İspaniya La Liqasının X turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” oyununun stadionu dəyişdirilə bilər.
Korner.az xəbər verir ki, buna səbəb Kataloniyada keçirilən etiraz aksiyalarıdır.
İspaniya Futbol Federasiyası “Kamp Nou”da keçirilməli oyunu “Santyaqo Bernabeu”ya keçirməyi planlaşdırır.
Bu olarsa komandalar arasında ilk oyun “Real”ın meydanında, ikinci görüş isə “Kamp Nou”da keçiriləcək.
