İspaniya La Liqası çərçivəsində keçiriləcək “Real” (Madrid) – “Barselona” matçının vaxtı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bütün dünyanın gözlədiyi oyun gələn ayın 23-ü, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Xatırladaq ki, bu mövsüm La Liqada komandalar arasında baş tutan ilk matç 1-1 hesablı heç-heçə ilə yekunlaşmışdı.
