Dünya Futbolu

“El Klasiko”nun vaxtı dəyişdirilir?

17.10.2019 , 16:07

İspaniya La Liqasının X turu çərçivəsində oktyabrın 26-da keçirilməli olan “Barselona” – “Real” oyununun vaxtı dəyişdirilə bilər.

Korner.az xəbər verir ki, buna səbəb Kataloniyada keçirilən etiraz aksiyalarıdı.

Bir neçə gündü davam edən etiraz aksiyaları səbəbiylə La Liqa rəhbərliyi əvvəlcə “Kamp Nou”da keçirilməli olan oyunu “Santyaqo Bernabeu”ya keçirməyi planlaşdırırdı. Amma həm İspaniya Futbol Federasiyası, həm “Real”, həm də “Barselona” bununla razılaşmayıb.

“El Klasiko”nun vaxtının dəyişdirilməsindən isə “Real” və “Barselona” narazı deyil.

Son yazılar

Yuxarı