“El-Klasiko”nun hakimi dəyişdirildi
01.03.2019 , 18:21

Həftəsonu keçiriləcək “Real” – “Barselona” görüşünün hakimi dəyişdirilib.
Görüşü Ernandes Ernandes idarə etməli olsa da, referi zədələndiyinə görə, görüşü Alberto Undiano Malenko idarə edəcək. Məlumatı İspaniya Futbol Federasiyası yayıb.
Qeyd edək ki, martın 2-si baş tutacaq görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
