“El Klasiko”da heç-heçə
19.12.2019 , 01:18

İspaniya La Liqasında 10-cu turdan təxirə salınmış matçında “Barselona” “Real”ı qəbul edib.
Korner.az xəbər verir ki, “Nou Kamp”da keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
“Barselona” 36 xalla liderliyini davam etdirir. İkinci pillədə qərarlaşan “Real” da eyni xala malikdir.
