“El Klasiko” öncəsi etiraz aksiyası
17.12.2019 , 18:59

Dekabrın 18-də baş tutacaq “Barselona” – “Real” oyunundan əvvəl yerli azarkeşlər aksiya keçirməyi planlaşdırırlar.
Korner.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Xəbərdə, 25 min azarkeşin artıq planla razılaşdığı və matçdan əvvəl “Kamp Nou”nun ətrafında etiraz aksiyasına başlayacağı bildirilir. Etirazın İspaniya hökumətinə qarşı olacağı gözlənilir.
Dekabrın 18-də keçiriləcək “Barselona” – “Real” matçı saat 23:00-da start götürəcək.
