“El Klasiko” bu tarixdə keçiriləcək
18.03.2021 , 20:33

La Liqanın XXX turunda keçiriləcək “Real” – “Barselona” matçının vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, görüş aprelin 10-da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu komandalar arasında mövsümün ilk yarısında keçirilən ilk “El Klasiko”da Madrid təmsilçisi “Kamp Nou”da Kataloniya klubuna 3:1 hesabı ilə qalib gəlib.
