big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Elə dögül, braattt” (YOZMACA)

25.10.2014 , 11:37

Onlar danışırılar.Futboldan, özlərinə aid olan və aid olmayan hər şeydən. Ağlına gələni deyən ə oldu, ağzına gələni də.. Bəzən də, elə “quşlar” buraxırlar ki, atalar demişkən “bunları bişmiş toyuq göstərməzdən əvvəl “Valerian”ı hazır tutmaq lazımdır. Baxaq,görək, futbol adamları yenə nə deyiblər?

 

Qurban Qurbanov. “Qarabağ” klubunun baş məşqçisi

“Yaxşı qələbə qazandıq. Çox vacib 3 xal əldə etdik, amma biz tam tarixi qələbə haqqında düşünsək, qarşıdakı oyunlar bizim üçün ağır keçər. Buna görə də, bu oyunu tezliklə unutmalıyıq. Çünki Bakıdakı matç bizim üçün daha çətin olacaq. Həm rəqib, həm də biz bir-birimizi daha yaxından tanıdıq. Hazırda bütün fikrimizi çempionata yönəltməliyik. "Xəzər Lənkəran" oyunundan sonra, qalan qısa vaxt ərzində cavab qarşılaşmasına hazırlaşmalıyıq.”

Biz hər nə qədər, azərbaycanlı məşqçiləri, onların əməllərini, verdiyi açıqlamaları tənqid etsək də, belə bir oyundan sonra  bu tərzdə verilmiş açıqlamanı alqışlamamaq qeyri-mümkündür. Bax,budur peşəkarlıq! Heç kimə sirr deyil ki, “Dnepr”  Azərbaycan klubları üçün “şir” hesab olunacaq səviyyədə rəqib idi. Lakin “Qarabağ” növbəti dəfə bizim üçün möcüzəli görünən i bir şeyi reallaşdırdı: “Dnepr”i (özü də səfərdə) məğlub etməyi bacardı. Bu,öz yerində. Q.Qurbanovun bu cür emosianaı oyundan sonra, dediyi sözlər onun və komandasının bu günü yox,gələcəyi fikirləşdiyini göstərir. Halbuki, bizim digər yerlilər kimi bir az “artıran” kimi “döşünə döyüb” “mənəm-mənəm”lik də edə bilərdi. Bu qələbə təsadüf deyil, təyyarədə belə rəqibin oyun təhlili ilə məşğul olan kollektivin zəhmətinin bəhrəsidi. Sükanı belə saxlayın!


Vaqif Sadıqov, məşqçi

-“Yeri gəlmişkən, 6 ay onunla birgə çalışmışam və peşəkar məşqçi olduğunu bildirməliyəm. Ancaq onun xasiyyətindən doğan bəzi xüsusiyyətlər bundan artığına nail olmağa imkan vermədi. Ola bilsin, futbolçu və baş məşqçi kimi dünya və Avropa çempionu olması, buna görə də özünü üstün tutması Foqtsun işinə maneçilik yaratdı. Hər dəfə uğursuz nəticədən sonra futbolçuları, klub məşqçilərini qınayırdı, məğlubiyyətin səbəbini gah fiziki hazırlığın aşağı olmasında, gah da oyunçuların sırf pula görə oynamalarında görürdü.”

-Əslinə qalsa, Sadıqovun dediklərində böyük ölçüdə həqiqət payı var. Hər kəsə məlumdur ki, Foqts ölkəmizə neft pulunun iyinə gəlib. Onun futbolumuza yuxarıdan-aşağı baxması da, min doqquz yüz çoxdanıncı ildə qazandığı uğurlar “şotuna” 7 il Bakıda heç nədən sığınacaq tapması da məlum məsələdir. Medalyonun isə 2 üzü var. Niyə Foqts burda olanda heç bir yerli onun fəaliyyətini tənqid etmək cəsarətini tapa bilmirdi? Qoca alman gedəndən sonra bizimkilərin dilinin açılması gülməli,eyni zamanda da düşündürücü məqamdır. 

 

Aqil Məmmədov, “Sumqayıt”ın baş məşqçisi

-“Biz 10:1 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir.  “Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki “Qəbələ”  bu gün qələbəyə layiq deyildi”

Bizim məşqçlərin canında var, (haqlı və ya haqsız olması fərq etməz)  məğlubiyyətn səbəbini müxtəlif amillərdə axtarmaq, günahı özündən başqa hər kəsdə görmək. Bəlkə də, məhz buna görə, beynəlxalq miqyasda uğurlarımız barmaqla sayılacaq qədərdir. Hörmətli Aqil müəllim, fikrimIə razılaşarsız ki, futbol kişi oyunudur! Burda ədalətsizliklər, hakim səhvləri tarix boyu olub və olacaq da. Hər şeyə görə hay-küy salmaq heç kimə yox, yalnız sizə zərər verə bilər. Az öncə də qeyd etdiyim kimi, bu günü yox, sabahı fikirləşmək lazımdı. Yoxsa küsəyən uşaqlar kimi “topumu verin daha oynamıram” deməklə deyil ki. Şikayətin haqlı olub-olmaması isə başqa söhbətin mövzusudur. Mübahisəli vəziyyətlər olmasaydı, Qəbələdən xalla qayıda biləcəyinizə özünüzü belə çox inandırmışdız? Hə,bir də lap yadımdan çıxmışdı, 4-cü turda “Araz Naxçıvan”la görüşdə naxçıvanlılar hakimdən narazılıq edəndə belə demirdiz axı.

Yozeff Blattet, FİFA prezidenti

"Qətərdə yayda futbol oynamaq mümkün deyil. Ona görə də mundialın oyunları noyabr və dekabr aylarında keçiriləcək. Düşünürəm ki, bu, ən doğru qərardır"

FİFA-nın 15 illik dikta… bağışlayın, prezidenti Yozef Blatter “yenə ağzını açıb, gözünü yumub”. Başqan 3 cümləyə onlarla absurd fikir yerləşdirməyi bacarıb. Blatter deyir ki, “Yay aylarında Qətərdə futbol oynamaq qeyri-mümkündür”.  Son 4 ildə coğrafiya öz analoqsuz inkişaf sürətilə buna qədər elmə məlum olmayan bir çox sirləri açıb ki, onlardan biri də yay fəslində Qətərdə havaların çox isti keçməsidir.  Səsvermə keçirilən zaman bunlar ictimaiyyətə nəlum deyildi deyə, indi FİFA qalıb pis vəziyyətdə (Dünya çempionatlarının təşkilatçı ölkəsi adətən məsul yarışa 6-7 il qalmış açıqlanırdı. Lakin Qətərə bu mənada 11 il vaxt verilməsi düşündürücü məqamdı). Ali qurumun 40 illik müdrik işçisinin uzaqgörən fəaliyyətinə qısqanclıqla yanaşan, bir çox klublar, federasiya və mətbu orqanlar  kişini salıblar sıxma-boğmaya. Guya, ahıl isveçrəli və İcraiyyə Komtəsi üzvləri rus və ərəb milyarderlərin pullarının parıltısına aldanıb,  növbəti 2 DÇ-ni Rusiya və Qətər kimi ölkələrə verib. Nə olsun, mövsümün ortasında mövsümü baltalayacaqlar, futbolçular bütün dünyanın gözlədiyi və 4 ildən bir gördüyü DÇ-ə yoğun vəziyyətdə gələcək, milli çempionatlar və avrokubokların qrafikləri ciddi dəyişmələrə məruz qalacaq, DÇ-dəki 100 illik ənənə pozulacaq. “Zato” futbolun kütləviliyi artacaq!  “Zato” Blatterə görə,bu ən doğru qərardı! Sakit olun!

 

Çezare Prandelli, “Qalatasaray”ın baş məşqçisi

-"Güclü komandaya qarşı oynadıq. "Borussiya" illərdir Avropada yaxşı nəticələr əldə edir. Ancaq bizim üçün önəmli Türkiyə superliqasıdır. Hazırda ölkə çempionatında ikinci pillədəyik. Liderliyə yüksəlmək üçün çalışmalıyıq. Çempionlar Liqası ikinci plandadır. Əlimizdən gələni etdik, ancaq alınmadı”.

Kim nə deyir,desin hansısa bir klubun Çempionlar Liqasına “barmaqaras”ı baxması, onu ikincidərəcəli turnir hesab etməsi gülməli və absurddur. Əlbəttə, daxili çempionatda qazanılan hər xal vacibdir, lakin bir şeyi nəzərə almaq lazımdır ki, ÇL “Qalatasaray” kimi klublar üçün oksigen balonu rolunu oynayır. Bu gün “cim-bom” 2011-dəki ağır maddi böhrandan ciddi zərər görmədən çıxa bilibsə, bu, düzgün sərmayə və son 3 ildə Çempionlar Liqasıdakı uğurlu çıxış sayəsində mümkün olub. “Aslan” ulduz futbolçuları məhz bu turnirdən gələn gəlir hesabına heyətinə cəlb edə bilir. Bura “ulduzlar arenası” olmaqla bərabər, həm də böyük bir bazardı, bilet satışından tutmuş, teleyayım hüquqlarına qədər.  Sadəcə olaraq de ki, buradakılarla rəqabət aparmaq mənə görə deyil. Əgər sən deyən kimi olsaydı, Superliqada uğur qazananı ÇL-ə göndərməzdilər, atam balası.

Ürfan Məmmədzadə.

Son yazılar

To Top