Futzal

EKOL-dan böyükhesablı qələbə

13.03.2020 , 16:15

Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

Korner.az xəbər verir ki, günün ilk oyununda Yüksək və Birinci liqaların iddialı komandaları qarşılaşıb. Lakin EKOL “Standard”la görüşdə 12 cavabsız qola sevinməklə cütün taleyini elə ilk oyundaca həll edib.

Səkkiz qolun qeydə alındığı “Yurd” və “Hövsan”ın duelində isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, bu mərhələnin “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” oyunları qeyri-müəyyən vaxta təxirə salınıb. İlk oyun günündə keçirilməli olan “Red Line” – “Premier” matçı isə ikincilərin oyuna gəlməməsi səbəbindən baş tutmayıb.

Azərbaycan kuboku
1/8 finalın ilk oyunları
12 mart

EKOL – Standard 12:0
Hövsan – Yurd MFK 4:4

İlk oyun günündə qeydə alınan nəticələr:

Marafon – Atletiko Baku 6:0
Araz – Baker Tilly 6:7
Advokat – Star kargo-2 3:5

Son yazılar

Yuxarı