big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Edip Yüksəl : Şahmatla bağlı hədislər ərəblərin farslara qarşı apardıqları kampaniyanın təzahürüdür – MÜSAHİBƏ

31.03.2016 , 10:53

Məşhur din xadimi, filosof, hazırda yaradıcılıq fəaliyyətini Amerikada davam etdirən Edip Yüksəlin korner.az saytına müsahibəsinin III və son  hissəsi

Müsahibənin I və II hissəsini aşağıdakı müvafiq hiperlinklərdən oxuya bilərsiz

BİRİNCİ HİSSƏ 
İKİNCİ HİSSƏ 

– Bildiyim qədəri ilə, şahmat oynamaq İmam Nəvəviyə görə məkruh, İmam Malik və İmam Əhmədə görə, haram, İmam Şafiiyə görə isə caizdir.  Həmçinin, “Səhihi-Buxari”də keçən bir hissəyə və İmam Əlidən nəql olunan bir rəvayətə görə, şahmat oyunu şeytan əməli və bütpərəstlikdir. Bu fikirlərdən hansını daha doğru qəbul edə bilərik?

– Bu müşriklər deyəsən, nəyə qərar verəcəklərini özləri də müəyyən edə bilməyiblər. Bir şey ya, məkruh, ya haram, ya da halal olar. Yəni, bir ehtimal qoymayıblar. Uydurma bir şeydir, buna din deyilməz. Şahmat niyə haram olsun ki? Allahın haram etmədiyi barədə hökm vermək “Quran”a görə böyük günahdır, ilahlıq iddia etməkdir, Allaha haram və din yaraşdırmaqdır. “Quran” bunu şirk olaraq görür. Ona görə bu adamlar deyə bilərdilər ki: “Mənə görə, yaxşı bir şey deyil”, “zərərlidir”, “mən oynayanda  başım fırlanır, gecələri yata bilmirəm”, “mən oynamıram”, “tövsiyə etmirəm, amma oynamağı Allah qadağan etməyib” və s. Onda problem olmazdı. Özlərinə qadağan edə bilərdilər, amma bunu Allah adına uydurma hədis və rəvayətlər vasitəsi ilə başqalarına da haram görmələri səhvdir. Əlbəttə, bunu edə bilmələri üçün hədis və rəvayət kimi vasitələdən istifadə etməlidirlər, çünki bunların “Quran”la əlaqəsi yoxdur. Yəqin bilirsən, hədislər Məhəmməd peyğəmbərdən 200-300 il sonra yazılıb, hətta 500 il sonra uydurulanlar var. Rəzalət bir şeydir. Bu gün İslamın və müsəlmanların dünyada geri qalmasında, şiddətə, rəzilliklərə, fəlakətə meyil etmələrində, krallara, sultanlara məhkum olmalarının təməlində bu uydurma hədis, rəvayətlər və məzhəb təlimləri dayanır. Bütün bu düşüncələr İslama yaddır. Mənim fikrimcə, şahmat məsələsi o dövrdə ərəblərin xarici dedikləri “əcəmlərə” (farslara) qarşı kampaniyanın tərkib hissəsi idi. Məsələn, dümbələk halaldır, amma saz haramdır. Çünki ərəblər o dövrdə saz kimi telli alətləri çalmırdılar, dümbələk (dumbul), dəf kimi alətlərdən istifadə edirdilər. Qoyunu kəsirdilər, ətini yeyirdilər, dərisindən isə bu tip alətləri düzəldirdilər. Bu onların mədəniyyəti idi. Mən bunları ərəb irqçiliyinin, nasionalizminin göstəricisi kimi qiymətləndiririəm. İslam adına təqdim edilən, hədislər, məzhəblər böyük ölçüdə ərəbləşməni müdafiə edir. Məsələn, bir hədisdə deyilir ki, “imamət və xilafət Qureyşdəndir”.  

– Sizcə, niyə Amerikada futbol basketbol populyar deyil?
– Amerikada futbol deyiləndə əvvəlcə, ağıla “Amerikan futbolu”  gəlir. “Futbol” hərfi tərcümədə ayaq topu deməkdir, amma reqbidə ayaqdan çox, əldən istidadə edirlər, sözün əsl mənasında bir-birinin üstünə hücum çəkirlər. Reqbi ilə müqayisədə, Avropada bildiyimiz klassik ayaq topu oyunu Amerikada o dərəcədə yayılmamışdı. Amma hazırda yeni nəsil futbolu da populyarlaşdırır. Yenə də istənilən səviyyəyə çata bilməyib, populyarlıq baxımından reqbi və basketbola uduzur, bəlkə də, bir neçə nəsil sonra belə olmayacaq. Çünki Amerikada meksikalılar başda olmaqla, latın əsilli xalqların nüfuzu artır ki, onlar da futbolu çox sevirlər. Həmçinin, uşaqlar və gənclərin demək olar ki, hamısı futbol oynayır, litsey və məktəblərdə bu oyuna yetərincə maraq var. Məsələn, mənim uşaqlarımın hər ikisi futbol komandasına üzvdürlər. Bu da buranın mədəniyyəti, adət-ənənələrdir. Hər ölkənin özünə görə mədəniyyəti ola bilər. Amerika bir az uzaqda olduğu üçün, bəlkə də, bu baxımdan Avropadan fərqli yol tutdu. Yəni, arada böyük bir okean olduğu üçün, bu mövzuda müstəqildir və idman anlayışını dəyişdirə bildi. Bunu araşdırmamışam, incələmək lazımdır, bəlkə də, daha dəqiq açıqlaması var. 

– Yəqin ki, bilirsiz, Türkiyə milli komandası, 8 illik fasilədən sonra bu il Avropa çempionatında iştirak edəcək. Həmin turnirdə Türkiyə milli komandasına azarkeşlik edəcəksiz?
(dərindən ah çəkir və gülür) Mən heç vaxt futbol, reqbi və ya basketbol azarkeşi ola bilmədim. Mən izləyəcəyim matçları təsadüfən seçirəm, oğlum bir komandaya azarkeşlik edərsə, mən də onun rəqibinə azarkeşlik edərəm. Yaxud, məğlub olan komanda üçün şüar səsləndirirəm, hansı komanda qol vurarsa, ona sevinərəm, sonda məğlub olana bir az üzülərəm. İlk sualına qayıtmaq istəyirəm: ”Futbola baxış bucağınız necədir?”. Əslində, futbol başda olmaqla, idman növlərinin zərəri də ola bilir. Azarkeş psixologiyası, əslinə qalsa, fəlakətli bir şeydir. Deyək ki, bir nəfər “Fənərbağça”lı, “Qalatasaray”lı və ya “Beşiktaş”lıdır. Komandası nə etsə, məsələn, topa əli ilə toxunsa və ya rəqibin futbolçusuna badalaq versa da, onu haqlı görər. Amma hakim onun komandasının əleyhinə qərar versə, hakimi fitə basar. Ey gözəl qardaşım, sən digər komandanı dəstəkləsən, yenə həmişə o haqlı olacaq. Belə axmaqlıq olar? Təəssüf ki, vətəndaşlıq da bu hala gəldi. Müharibə edən ölkələrdə hər iki tərəfin xalqları özlərinin haqlı olduğuna 100% əmindirlər.  Halbuki, müharibədə tərəflərdən yalnız biri haqlı ola bilər, hər ikisi eyni anda 100% haqlı ola bilməz. Nadir hallarda hər iki tərəf bərabər səviyyədə 50% haqlı ola bilər. Amma reallıqda isə vətəndaşı, azarkeşi olduğumuz tərəfin həmişə haqlı olduğunu düşünürük. Yəni ədalət, həqiqət, reallıq dediyimiz şeylərə qarşı üsyan var. Halbuki, müsəlmanın vəzifəsi haqqın tərəfində olmaqdır. Sənin əleyhinə olsa da, haqqın tərəfini tutmalısan. Ədalət prinsipi mənim qəbiləmin, dövlətimin və azarkeşi olduğum komandadan da üstündür. Ona görə də mənim ölkəmin komandam məğlub olarsa, kədərlənmərəm. Amma adamlar var, azarkeşlik etdiyi komanda üçün sonsuz dərəcədə sevinir və ya kədərlənir. İkisi də çox zərərlidir. Biri insanı şıltaq edir, digərində isə kədərlənir və qarşı tərəfə düşmənçilik hissi bəsləyir. İki ifrat dərəcədə pis xasiyyət. (gülür) Mənim oğlum Mətin reqbi qarşılaşması seyr edəndə dəli kimi olur. “San Dieqo Çarlz” komandasına azarkeşlik edirdi əvvəl, indi bilmirəm, deyəsən, Prinston Universitetindən bir komandanı tutur. Evdə olanda bəzən ayağa qalxır, qışqırmağa başlayır. Mən ona baxıb, sadəcə qəhqəhə ilə gülürəm.  

– Sizcə, inanc rasional və praqmatik yanaşmanı üstələməlidir? Məsələn, bir idmançının yarışa oruc tutaraq çıxması və nəticədə məğlub olaraq mübarizəni dayandırması düzgündür?
– Gözəl sualdır. (gülür) Əslinə qalsa, oruc mövzusunda bizə iki alternativ verilir. Tuta bilirsənsə tut, tuta bilmirsənsə, tutmaq istəmirsənsə, onun yerinə ac insanları doyur. Bir günlük oruc qarşılığında bir ac insanı və ya lap 10 ac insanı doyura bilərsən. Burda hər hansı məcburiyyət yoxdur. Deyək ki, biri peşəsilə əlaqədar oruc tuta bilmirsə, idmançıdırsa, oruc tutmasın. Ya oyunu olmayan başqa bir gün oruc tutsun. Yəni ertələsin. Və ya kasıblara yemək ziyafəti versin. Burda heç bir problem yoxdur. 

– Artıq 12 ilə yaxındır ki, İslam Həmrəylik Oyunları keçirilir. Sizcə, bu yarışın İslam dünyası üçün hansısa birləşdirici təsiri var?
– Mən İslam dünyası cəfəngiyyatına inanmıram. İslam dünyası indi kafir dünyasına çevrilib. Qərb dünyasında yer alan ölkələrin bir qismii İslama daha yaxındır. Müəyyən ölkələr: İsveç, Norveç, Danimarka, Belçika İslama yetərincə yaxındır. Əlbəttə, tam deyil, burda nəzərdə tutduğum şey, faiz göstəriciləri yox, təmin etdikləri sosial ədalət və azadlıqlar ilə Quranın anlatdığı İslama çox yaxındırlar. Hətta tam olmasa da, İslam ölkəsi deyə bilərsən. Amma bu gün İslamın yaşandığı hesab olunan ölkələrdə hər cür haqsızlıq, rəzalət, qadınları aşağılama, kölələşdirmə, şiddət, hətta daş-qalaq etmə, elmə düşmənçilik, xurafatlar, hekayələr, şirk var, din tacirləri və onları axmaqca izləyənlər var. İslamla heç bir əlaqəsi yoxdur bunların, İslam sözü sülh deməkdir. Amma bunlarda nə ədalət, nə də sülh var. Ona görə də sual səhvdir. İslam yox, sünni və şiə dünyası deməlisən, çünki bu ikisi ayrıca bir dindir. İslam ilə zərrə qədər əlaqələri qalmayıb. Məhəmməd peyğəmbərdən sonra Qurana rəqib olaraq hədislər, sünnələr, məzhəblər, təriqətlər uyduruldu. Bunlar əsl mesajı təhrif etdilər. Mənə deyirlər ki, Səudiyyə Ərəbistanında İslam ordusu qurulur. Amerikanın nökəri olan Səudiyyə Ərəbistanı Krallığı dünyanın ən rəzil dövlətidir. O kralları, şahzadələri görsən, iyrənərsən. Sayları minlərlədir, zəli kimi o ölkənin təbii ehtiyatlarını istismar edirlər. Son dövrlərə qədər, qadınlara avtomobil sürmək hüququ vermirdilər. Bax, belə zalımdırlar. Bunların etdikləri İslam xaricidir. Bir də baxırsan, xəbər çıxır ki, bunların liderliyində “İslam ordusu” qurulacaq. Amerikanın nökəri olan ölkənin qurduğu ordudan, birlikdən nə olacaq? Mən bunlara İslam yox, “izzlam”, yəni zülmetmə ordusu deyirəm. Yəməni yerlə-yeksan etdilər, minlərlə günahsız insanı öldürdülər. Bu ölkə İsrailin tərəfdaşıdır, ona ən böyük yardım verənlərdən biridir. İsrailə qarşı bircə dənə hərəkatları var? Amerikanın istəyi və köməyi ilə Türkiyə, Qətər və Səudiyyə Ərəbsitanı Suriyada vətəndaş müharibəsi başlatdılar. İslam ölkəsimi? Nə əlaqəsi var? Onun üçün bunlara belə xitab etməyin səhvdir. Hansı birlik?

– Bu yarış gələn il Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Həmin ərəfədə ölkəmizə təşrif buyurmaq istəyərsiz?
– Təşrif buyurmaq demə, soruş ki, gəlmək istəyərsiz? Mən təşrif buyuran biri deyiləm, sənin kimi normal adamam. Bakıya hər zaman gəlmək istəyərəm. Orda 2-3 dəfə olmuşam. Bakıda çox sevdiyim, yaxşı dostlarım var. Ancaq sırf bu səbəblə gəlib-gəlməməyim bir az müəmmalıdır. Xüsusən, idman yarışı üçün gəlmərəm. Ancaq kimsə yol pulumu versə, gələrəm (gülür).
Bugünədək pul qazanmağa o qədər də ciddi yanaşmamışam. Vaxtımın böyük hissəsini mesajın təbliğinə həsr edirəm. Ancaq yenə də pul tapa bilərəm, bu aralar bəzi işlər də görürəm. Əgər inşallah, Allah qismət edərsə, həmin oyunları izləmək üçün yox, amma ordakı dostlarla və səninlə görüşmək üçün gələrəm. 

Ürfan Məmmədzadə 

Son yazılar

To Top