Topaz Premyer Liqasının XVIII turunun “İnter”lə qarşılaşmasında Samir Zərgərovla toqquşaraq yerdə qalan və bu səbəbdən xəstəxanaya aparılan “Bakı”nın makedoniyalı futbolçusu Edin Nuredinoski ölkəsinin mətbuatına açıqlama verib.
Korner.az-ın məlumatına görə, qapıçı bununla bağlı bunları deyib:
“İnter”lə oyunda aldığım ağır zərbədən sonra artıq özümü əla hiss edirəm. Əslində, xəstəxanaya çatdırıldıqdan az sonra da özümü yaxşı hiss edirdim. Orada 24 saat qalmağıma da ehtiyac yox idi. Amma qaydaya uyğun məni 1 sutka xəstəxanada saxladılar. Orada yubanmasaydım evimə – Makedoniyaya, ailəmin yanına daha tez dönərdim. Aldığım zərbəyə gəlincə, bu çox qorxulu idi. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Bu vəziyyətimdə mənə dəstək olanların da hamısına təşəkkür edirəm”.
