Edin Dzeko Konfrans Liqasında tarix yazdı
24.10.2025 , 11:15
“Fiorentina”nın futbolçusu Edin Dzeko Konfrans Liqası tarixində rekord qırıb.
Korner.az xəbər verir ki, bu barədə “EuroFoot” məlumat yayıb.
Forvard Liqa mərhələsinin 3-cü turunda “Rapid Vyana” ilə oyun zamanı fərqlənərək turnirin tarixində qol vuran ən yaşlı oyunçu olub. 39 yaşlı Dzeko bu uğura imza atıb.
Qeyd edək ki, Dzeko ötən yay “Fiorentina”ya transfer olunub. İtaliya klubunda bu müddət ərzində 10 matçda oynayıb və 2 qol vurub.
Bosniyalı hücumçu karyerası boyunca “Mançester Siti”, “Roma”, “İnter”, “Volfsburq” və digər komandaların formasını geyinib.