Eden Azar “Çelsi”nin start heyətinə qayıdır. Belçikalı yarımmüdafiəçi sabah ölkə kuboku çərçivəsində “Notingem Forest”ə qarşı keçiriləcək matçda ilk dəqiqədən meydanda olacaq.
Bu haqda London klubunun baş məşqçisi Antonio Konte məlumat verib: “Bu, Azar üçün meydana qayıtmaq və 90 dəqiqə mübarizə aparmaq baxımından əla məqamdı. Hesab edirəm ki, o, kubok oyununda forma geyməyə tam hazırdı”.
Azar iyunda Belçika millisinin düşərgəsində olarkən zədələnib.
