İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi”nin futbolçusu Eden Azar komandada xoşbəxt olduğunu deyib.
Korner.az-ın məlumatına görə, “Real”a transfer olmaq istəyirsiniz?” sualına belçikalı oyunçu belə cavab verib:
“Xeyr. Burda yaxşıyam. Bu mövsüm etməli olduğum şeylər var. 2020-ci ilə qədər müqaviləm var. Hələlik burdayam”.
Transfer mövzuları haqda danışmaq istəmədiyini bildirən yarımmüdafiəçi: “Hal-hazırda gələcəyim haqda danışmaq istəmirəm. Bu mövsümə köklənmişəm. Mümkün olduğunca işimi etməyə çalışıam”.
Xatırladaq ki, Eden bu mövsüm Premyer Liqada 27 oyuna 11 qol vurub.