İspaniya 2-ci Liqasında 36-cı turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Eddi İsrafilovun komandası “Kadis” səfərdə “Alkorkon”la qarşılaşıb.
Futbolçumuzun komandası bu görüşdən 2 – 0 hesablı qələbə ilə ayrılıb.
Eddi bu görüşün 85-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Kadis” 36 turdan sonra 57 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.
