Millimizin üzvü Eddi İsafilovun yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, müqavilə ilə “Real Mursiya”ya məxsus olan 23 yaşlı oyunçu karyerasını İspaniya ikinci liqa təmsilçisi “Kordoba”da davam etdirəcək.
Sözügedən klubla razılığa gələn E.İsrafilovun bu gün tibbi müayinədən keçəcəyi və rəsmi müqavilə imzalayacağı gözlənilir.
İsrafilov mövsümün ilk yarısında icarə əsasında La Liqada yarışan “Eybar”da çıxış edib.
