Azərbaycan millisinin üzvü Eddi İsrafilov karyerasını İspaniyanın “Eybar” klubunda davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 22 yaşlı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. Müqavilə ilə “Mursiya” klubuna məxsus olan İsrafilov yeni klubu ilə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, ötən mövsüm İspaniya La Liqasını 18-ci pillədə başa vuran “Eybar” növbəti mövsümdən ikinci liqada çıxış edəcək (qol.az).
