Azərbaycan millisinin üzvlüyünə namizəd Eddi İsrafilovun valideynləri və meneceri AFFA ilə danışıqlar üçün Bakıya gəlib.
Korner.az-ın məlumatına görə, onları milli komandamızın seleksiyaçıları qarşılayıb. Qonaqlar otellərin birində yerləşdiriliblər.Qurum rəsmisi qeyd edib ki, bu gün danışıqlara başlanılacaq.
Onlar bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəklər. Görüşdə İsrafilovun Azərbaycan millisində oynamaq məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, İsrafilov İspaniyanın “Qranada” klubunda çıxış edir. O, müqavilə ilə “Mursiya”ya məxsusdur.
Xatırladaq ki, AFFA anası azərbaycanlı, atası anqolalı olan yarımmüdafiəçi ilə daha əvvəl də danışıqlar aparsa da, razılıq əldə edilməyib.
