Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov yenidən zədələnib.
Korner.az-ın İspaniya mətbuatına istinadə verdiyi məlumata görə, “Qranada”nın futbolçusu La Liqanın son turunda “Real”la görüşdə ciddi zədə alıb.
Tibbi müayinədən keçən 22 yaşlı futbolçu 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Belədə yığmamızın üzvü “Selta”, “Almeriya”, “Sevilya”, “Valensiya”, “Espanyol”, “Qetafe” və “Kordoba” ilə oyunlarda iştirak etməyəcək. Lakin Eddi İsrafilovun “Real Sosyedad” və “Atletiko” ilə oyunlarda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, E.İsrafilov “Real”ın 9:1 hesabı ilə qalib gəldiyi matçda 33 dəqiqə oynayıb.
