İspaniya Sequndasında 32-ci turun oyunları keçirilir
Millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Alkorkon” evdə “Ximnastik”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Eddi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
32 oyundan sonra hesabında 38 xal olan “Alkorkon” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
