Bir neçə saat əvvəl İspaniya “Qranada”sında top qovan Eddi İsrafilovun valideynləri və menecerinin AFFA ilə danışıqlar aparmaq üçün Bakıya gəlib.
Korner.az-ın məlumatına görə, artıq sözügedən görüş baş tutub və Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib. Bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verdi:
“Bu gün AFFA-da futbolçunun valideynləri və meneceri ilə görüş oldu. Görüşdə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də iştirak edirdi. Yükunda müsbət cavab aldıq. Bundan sonra Eddi İsrafilov Azərbancan millisində oynayacaq. Valideynləri də oğlunun milli komandanın formasını geyinmək şərəf olduğunu bildirdi. Biz hələ 2012-ci ildən də bildirmişdik ki, Eddiyə pul verməyəcəyik. Milli klub deyil. Valideynlərinə də bunu bildirdik. Onlar da dedilər ki, biz bura pul istəməyə gəlməmişik”.
22 yaşlı yarımmüdafiəçi Eddi İsrafilov müqavilə ilə İspaniyanın digər klubu “Mursiya”ya məxsusdu.(futbolpress.az)
