Futbol üzrə İspaniya La Liqasının 29-cu turu çərçivəsində keçirilən "Real" (Madrid) – "Qranada" matçının (9:1) 87-ci dəqiqəsində millimizin futbolçusu Eddi İsrafilov diqqət mərkəzinə düşməyə yaxın olub.
Korner.az-ın məlumatına görə, futbolçumuz rəqib qapısına qüvvətli zərbə endirsə də, dünya şöhrətli Kasilyas Azərbaycan millisinin futbolçusunun qol arzusunu ürəyində qoyub.
