“Qranada” La Liqanın XXVII turu çərçivəsində “Rayo Valyekano” ilə keçirəcəyi oyunun hazırlıqları başlayıb.
Korner.az Goal.az-a istinadən xəbər verir ki, bir müddətdi zədədən əziyyət çəkən Eddi İsrafilov da məşqlərdə iştirak edib. Buna qədər fərdi qaydada hazırlaşan yarımmüdafiəçi artıq komanda ilə məşq edir.
