İspaniya Sequnda Liqasında La Liqaya yüksəlmək uğrunda yarımfinalın ilk oyunları baş tutub.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kordoba” da ilk oyununu keçirib.
Sözügedən komanda öz meydanında “Jirona” ilə qarşılaşıb. Matç 2:1 hesabıyla futbolçumuzun klubunun xeyrinə başa çatıb.
Eddi bu görüşdə iştirak etməyib. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Bu komandalar arasındakı cavab görüşü iyunun 12-də keçiriləcək.
