Millimizin üzvü Eddi İsrafilov İspaniyanın “Kordoba” klubundan ayrılıb.
Korner.az-ın məlumatına görə, müqavilə ilə “Mursiya”ya məxsus olan İsrafilovun “Kordoba”da icarə müddəti başa çatıb.
“Kordoba”ya bu ilin yanvar ayında keçən Eddi Sequnda təmsilçisində özünü göstərə bilməyib.
Millimizin yarımmüdafiəçisi ötən mövsüm həmçinin, “Eybar” klubunda icarə əsasında çıxış edib.
