İspaniya Sequndasında 28-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, milli komandamızın formasını geyinən Eddi İsrafilovun şərəfini qoruduğu “Kordoba” səfərdə Bilbao “Atletik”inin B komandası ilə qarşılaşıb.
Başdan sona meydanda olan yığmamızın üzvü “fərqlənməyə” də imkan tapıb. İsrafilov 55-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Bu, həmyerlimizin yeni komandasındakı 5-ci oyununda 4-cü xəbərdarlığıdı.
İspaniya Sequnda
28-ci tur
“Atletik Bilbao B” – “Kordoba” – 1:2
Qollar: Aketçe, 89 – Andone, 19, Fidel, 61
